Oktyabr 24, 2021

Ərdoğan Azərbaycana səfər edəcək, Şuşaya gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Turaz.org “HaberGlobal”a istinadən xəbər verir ki, səfər noyabrın 8-də – Qarabağ Zəfərinin birinci ildönümündə baş tutacaq.

“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, – məlumatda bildirilib.

Müxbir: Əzizə Əlizadə

Translate »