Dekabr 9, 2021

Ərdoğan: “Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar”

“Ermənistan ordusunun mülki insanları hədəf alan qətliam və raket hücumları heç gündəmə gəlmədi. Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar”.

Turaz.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası mediaforumunda videoformatda çıxışı zamanı deyib.

O, beynəlxalq ictimaiyyətin İkinci Qarabağ müharibəsindəki mövqeyinə də diqqət çəkib: “Tariximizin, millətimizin dəyərlərini hədəf alan bir çox mövzuda eyni mövqelərlə qarşı-qarşıyayıq. Müdafiə və hərbi məsələlərdə xarici qüvvələrə bel bağlamadığımız kimi, informasiya məsələsini də başqalarına həvalə edə bilmərik Türk dünyası olaraq bu məsələdə gücümüzü bir yerə qoymalı və əlimizədəki imkanların ən təsirli formasını axtarmalıyıq”.

Müxbir: Əzizə Əlizadə

Translate »