Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarına dair məlumat yayıb.
Turaz.org xəbər verir ki, prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.
“Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik türk-rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.
Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.
Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda, inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”, – deyə Ərdoğan bildirib.
Müxbir: Turaz.org xüsusi müxbiri Əhmədli Lamiyə
Həmçinin bax:https://turaz.org/tramp-abs-in-iki-defe-impicment-elan-edilen-ilk-prezidenti-oldu/
Həmçinin bax:https://turaz.org/onlayn-formatda-5-ci-beynelxalq-demir-polad-simpoziumu-kecirilecek/
Son Xəbərlər
Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
Bizi yeni müharibə gözləyir: daha çox itirəcəyik – Liparityan
MM sədri Fransa Senatında və Milli Assambleyada Azərbaycanla bağlı qərəzli qətnamələrin qəbul edilməsini pisləyib