Oktyabr 3, 2022

Erdoğan: “Türkiyə tarixinin ən böyük qaz kəşfi reallaşdı”

Erdoğan: Türkiyə Qara dənizdə təbii qaz tapıb

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Qara dənizdə böyük təbii qaz yatağının kəşf olunduğunu bəyan edib. Cümə günü Dolmabahçe sarayında çıxış edən Türkiyə liderinin bu barədə açıqlaması birbaşa efirdə yayımlanıb.

Recep Tayyip Erdoğan bunu Türkiyə “tarixinin ən böyük qaz” kəşfi kimi səciyyələndirib.

“Türkiyə Qara dəniz tarixində ən böyük qaz kəşfini reallaşdırdı. Fatih gəmimiz 20 İyulda Tuna-1 bölgəsində 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarladı.”

Türkiyənin Fatih adlı gəmisi iyul ayından bəri Qara dənizdə Tuna-1 adlandırılan bölgədə kəşfiyyat işləri aparırdı.

Avqustun 19-da Ankarada ölkənin ilk günəş panelləri zavodunun açılış mərasimində iştirak edən Türkiyə prezidenti demişdi ki, cümə günü “Türkiyədə yeni bir dövr açacaq”, “müjdəli xəbər” verəcək. Bu “müjdəli xəbər”in qaz yataqlarının tapılması ilə bağlı ola biləcəyi güman edilirdi.

Recep Tayyip Erdoğanın bugünkü çıxışı bu barədə mediada səslənən ehtimalları təsdiqləmiş oldu.

Reuters agentliyinə müsahibə vermiş Türkiyənin iki rəsmisi demişdi ki, kəşf edilmiş təbii qaz yataqları Türkiyənin 20 illik ehtiyacını qarşılamaq potensialındadır.

Ancaq onların fikrincə, bu yatağın işlənməsi 7 və ya 10 il çəkə, üstəlik, bunun üçün təxminən 2-3 milyard dollarlıq sərmayə lazım ola bilər.

Türkiyə keçən il təxminən 41 milyard dollarlıq enerji idxal edib.

Mənbə:bbc.com

Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax : https://azertag.az/bolme/science_and_education

https://kafkazh.com/zenbur-jurnali/

Translate »