Fevral 3, 2023

Ərdoğan: “Türkiyə və Qırğızıstan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir “

Türkiyə və Qırğızıstan qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı hədəfləyirlər.

Turaz.org xəbər verir ki , bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qırğızıstanlı həmkarı Sədir Cəfərov ilə danışıqlardan sonra keçirdiyi ortaq mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, keçirilən görüşlərdə ticarət əlaqələri ətraflı müzakirə olunub.

“Hələ 507 milyon dollar səviyyəsində olan Qırğızıstan ilə ticarət həcmi keçən il epidemiyaya baxmayaraq əhəmiyyətli dərəcədə azalmayıb. Bununla birlikdə potensialımızın daha yüksək olduğuna inanırıq. Bu açıqdır. Hədəfə çatmaq üçün səylərimizi artıracağıq bir milyard dollarlıq ticarət dövriyyəsinə çatacayıq . “deyə Prezident bildirib.

Qırğızıstan Prezidenti Sədir Cəfərov rəsmi səfər üçün Ankaradadır. Səfərin ilk günü Qırğızıstan lideri Atatürkün məzarına çələng qoyub və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüş keçirib. Danışıqlardan sonra dövlətlər arasında bir sıra ikitərəfli sənədlər imzalanıb.

Bundan əlavə, iki lider Çingiz Aytmatov adına IV Beynəlxalq İssık-Kul Forumunun bağlanış mərasimində iştirak ediblər.

Tərcüməçi: Şirinzadə Aliyə

Translate »