Noyabr 29, 2022

Ərdoğan və Putinin Astana görüşündəki müzakirə olunacaq mövzuları açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçiriləcək görüşdə Vladimir Putinlə bir sıra məsələləri, o cümlədən Ukraynadakı vəziyyət və Suriyadakı prosesləri müzakirə edəcək.

Turaz.org “TRT Haber”a istinadən xəbər verir ki, Türkiyə lideri Rusiya prezidenti ilə söhbətdən əvvəl Belarus rəhbəri Aleksandr Lukaşenko ilə danışmaq niyyətindədir.

 

“Prezident Ərdoğanın Putinlə Ukraynadakı son vəziyyəti, Türkiyənin Ukrayna böhranı və taxıl dəhlizi kontekstində sülh səylərini müzakirə edəcəyi gözlənilir. Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə olunacaq”, – telekanal qeyd edib.

 

Ərdoğanın Lukaşenko ilə görüşünə gəlincə, onun mümkün mövzuları hələlik məlum deyil. Eyni zamanda, “TRT Haber” vurğulayıb ki, Türkiyə Prezidenti ikitərəfli danışıqlarla yanaşı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin altıncı sammitinin iştirakçıları qarşısında da çıxış etməlidir.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/makron-ukraynaya-herbi-yardimi-artiracagini-bildirib/

Translate »