Dekabr 9, 2021

Ərdoğan Zəfər Günü ilə bağlı paylaşım edib

“Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpağının hürriyətinə qovuşduğunu müjdələyən bu şanlı günü ən səmimi arzularımla təbrik edirəm”.

Turaz.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr-Zəfər Günü ilə bağlı tviter hesabında yazıb.

“Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, – dövlət başçısı paylaşımında bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »