İyul 4, 2022

Ərdoğanın Ukraynaya səfər proqramı açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfər proqramı açıqlanıb.

Turaz.org “TRT Haber”ə istinadən xəbər verir ki, fevralın 3-də baş tutacaq səfər çərçivəsində Türkiyə və Ukrayna liderləri arasında görüş keçiriləcək. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı razılığın da əldə olunacağı gözlənilir.

Bundan başqa, Türkiyə və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı da fikir mübadiləsi aparılacaq.

Eyni zamanda görüşlərdə Rusiya-Ukrayna gərginliyi əsas müzakirə mövzusu olacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »