Noyabr 27, 2021

Ərdoğanla İsrail Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersok arasında telefon danışığı olub.

Turaz.org “Habetürk”ə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər.

Həmçinin, İsrail Prezidenti Türkiyədə Rəcəb Tayyib Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.

Rəcəb Tayyib Ərdoğan isə İsraillə əlaqələrə əhəmiyyət verdiyini vurğulayıb.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/nur-sultanda-prezidentin-sedrliyi-ile-milli-ictimai-etimad-surasinin-6-ci-iclasi-ise-baslayib
Həmçinin bax: kafkazh.com/azerbaycan-efsar-dovletinin-yaranmasi

Translate »