Oktyabr 23, 2021

Ərəb mətbuatı Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyeva haqqında məqalələr dərc edib

Ərəb mətbuatı Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyeva haqqında məqalələr dərc edib
Birləşmiş Ərəb Əmirliklərinin mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqalələr dərc edib.
, nüfuzlu “Gulf News” nəşrində dərc edilən “Azərbaycan xalqının naminə fəaliyyət” sərlövhəli məqalədə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın inkişafına xidmət etmək, sosial məsələlərin həlli, şəfqət və mənəviyyat ideyalarına sədaqət, yardıma möhtac olanların dadına yetmək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. O, Prezident İlham Əliyevlə çiyin-çiyinə ölkənin dinamik inkişafına böyük töhfə verir.
Məqalədə Mehriban Əliyevanın 16 il müddətində Heydər Əliyev Fondunun prezidenti kimi səmərəli fəaliyyətindən, beynəlxalq humanitar təşkilatlar olan UNESCO və ICESCO-nun xoşməramlı səfiri kimi dünya mədəni irsinin qorunması, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması işinə verdiyi misilsiz töhfədən bəhs edilir. Qeyd olunur ki, məhz onun səyləri nəticəsində 2019-cu ilin iyulunda UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçirilib.
“Gulf News” yazır ki, Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində əsas diqqəti sosial məsələlərə, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə yönəldib. Qısa müddətdə 300 mindən çox qaçqın və məcburi köçkünün həyat şəraiti yaxşılaşdırılıb, bir il ərzində 5293 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Bundan başqa, Aprel döyüşlərində yaralanan əsgər və zabitlərin müalicəsi təşkil edilib.
Məqalədə Mehriban Əliyevanın rəhbərliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, Heydər Əliyev Fondunun dəstəyi ilə modul tipli xəstəxanaların istifadəyə verilməsindən də bəhs olunur.
Azərbaycanın Birinci vitse-prezidentinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində də müstəsna xidmətlərindən bəhs edən “Gulf News”, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil edilən tədbirləri də diqqətə çatdırır.
Məqalədə Azərbaycanın Birinci vitse-prezidentinin idmanın inkişafı sahəsində gördüyü işlərdən də bəhs edilir, onun Fransa, İtaliya, Polşa, Rusiyanın yüksək mükafatlarına layiq görüldüyü vurğulanır.
Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr “Dubai Hospitality News”, “Almanara”, “Meri Media”, “Dubai Global News”, “Iconic Lady” və s. nəşrlərdə də dərc edilib.
Menbe:Azertac.az
Müxbir:Arzu Eliyeva

hemcinin bax https://turaz.org/israilin-ozbekistandaki-sefiri-diplomatik-fealiyyetini-basa-vurur/

https://turaz.org/alti-ayda-olkeye-372-milyon-dollar-pul-baratlari-daxil-olub/

Translate »