Sentyabr 30, 2022

“Ərən və Ərənləri unutmayacağıq”- Dikmen

Beynəlxalq İnternet Media və Ünsiyyət Nəşriyyatları Dərnəyi (UİMDER) sədr müavini Hakan “Eren və Erenləri unutmayacağıq” dedi.

Hakan Dikmen Turaz.org açıqlamasında bildirib ki, 11 avqust 2017-ci ildə terrorçular tərəfindən şəhid olan Eren Bülbül və Astsubay Ferhat Gedikin xatirəsini bu gün şəhidliklərinin 5-ci ildönümündə rəhmətlə yad edirik.

15 yaşlı Ereni qorumaq üçün üzərinə atılaraq əcdadları kimi dastan yazan Jandarma Astsubay Baş Çavuş Ferhat Gedikin xatirəsini rəhmət və minnətlə yad edirik.

Şəhid Astsubayın bədənindən 41 güllə çıxarılmışdı. Trabzonun Maçka rayonunda baş verən hadisədə Eren terrorçuların gizləndiyi evi əsgərlərə göstərərkən terrorçular ona atəş açıb və qarşıdurmada Eren Bülbül və Astsubay Ferhat Gedik şəhid olmuşdu. Münaqişə zamanı Ereni qorumaq üçün bədəni ilə güllələrə sədd olan Astsubay Ferhat Gedikin bədənindən 41 güllə çıxarılmış və Gedik doğum günündə dəfn edilmişdir.

Terrorçular tərəfindən şəhid edilən 15 yaşlı Eren Bülbülün sosial şəbəkədəki paylaşımında “Biri demir ki, Eren yaxşı ki varsan” sözləri Türkiyənin ürəyini parçaladı. Türk Tarixində Dastan yazan igidləri Şəhidliklərinin 5-ci ildönümündə rəhmət və minnətlə anırıq. Böyük türk milləti əsrlər boyu daxili və zahiri bədxahların qarşısında diz çökməmişdir və heç vaxt diz çökməyəcək. Çanaqqalanın 15-liləri, minlərlə şəhidin verildiyi bu vətəndə adsız çoxlu şəhidlərimiz var.

Əcdadlarının yolunu davam etdirən, Atanın nəcib övladları olaraq əzəldən olduğu kimi bundan sonra da, bu vətən üçün, bayraq üçün, azan uğrunda canımızdan keçməyə davam edəcəyik. Ərəni qorumaq üçün bədəninə 41 güllə isabət edən və onunla birlikdə şəhid olan Jandarma Astsubay Baş Çavuş Ferhat Gediki rəhmət və minnətlə anırıq.

Yazar: Hakan Dikmen
Tərcümə: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/sedir-ceferov-tdt-agsaqqallar-surasi-ile-gorusub
Həmçinin bax: kafkazh.com/azerbaycan-ssr-de-korenizasiya-siyaseti-l-hisse

Translate »