Oktyabr 2, 2022

Erməni hərbi prokuror: Müharibədə ölənlərin sayı məlum deyil

“İkinci Qarabağ müharibəsində ölən erməni həbçilərinin 3 389-nun meyiti identifikasiya olunub”.

TurAz.org xəbər verir ki, bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan prokurorluq orqanlarının fevralın 18-də keçirilən müşavirəsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə xidməti vəzifələrini yerinə yetirərkən ölən hərbçilərin yekun sayı hələ məlum deyil: “Hərbçilərin, mülki şəxslərin meyitlərinin axtarışı davam edir. 2020-ci ildə 3 389 hərbçinin meyiti identifikasiya olunub”.

Hərbi prokuror deyib ki, 44 günlük müharibədə Ermənistanın 9 094 hərbçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. V.Arutyunyanın sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi hissələrində 3 016 cinayət qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə (ötən il 929 cinayət qeydə alınıb) çoxdur. O vurğulayıb ki, 3 016 cinayətin 55 faizi amansızlıq və xüsusi amansızlıqla törədilib.

Müşavirədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/koronavirus-statistikasi-yoluxma-sayi-stabillesib/

Həmçinin bax: tehsilim.org/magistraturaya-sened-qebulu-bu-gun-basa-catir/

Translate »