“Ukrayna müharibəsi Moskva üçün Qarabağla bağlı narahatlıqları müntəzəm olaraq arxa plana sürükləyir. Kremldə çətin ki, Bakı ilə üz-üzə gəlmək istəsinlər”.
Turaz.org xəbər verir ki, bunu erməni siyasi xadim Arman Melikyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Rusiya-Ukrayna müharibəsindən özü üçün Qarabağda maksimum faydalar əldə etməyə çalışacaq.
“Bununla belə, mən Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını ən azı növbəti il üçün çətin hesab edirəm”, – deyə Melikyan qeyd edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Goranboyda qəza olub, xəsarət alanlar var
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Buraxılış imtahanlarının nəticələri açıqlanıb