Oktyabr 22, 2021

Ermənilər Gəncəni və Mingəçeviri raket atəşinə tutub

Ermənistan silahlı qüvvələri humanitar atəş arxasında gizlənərək, terror və hərbi cinayət əməllərini davam etdirir. 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumuna məruz qalıb. Xəsarət alanlar və dağıntılar müəyyənləşdirilməlidir”, – o bildirib.

Translate »