Oktyabr 23, 2021

Ermənilərin növbəti həyasızlığı

Ermənilər növbəti dəfə dünya ictimaiyyətini çaşdıracaq, yanlış fikir yaradacaq yalan informasiya yayıb.

Turaz.org BakuPost-a istinadən xəbər verir ki, ermənilər bu gün keçirdikləri mitinq zamanı guya Azərbaycan silahlı qüvvələri tərəfindən dinc əhaliyə, mülki insanlara qarşı zorakılıq tətbiq edilməsinə etiraz ediblər. İddianın absurdluğu bir yana, mitinqdə istifadə olunan fotolardan biri xüsusi diqqət çəkir.

Belə ki, ermənilərin mitinq zamanı istifadə etdiyi körpə uşaq fotosu 2017-ci ildə Ermənistan tərəfinin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində Azərbaycana qarşı törətdikləri təxribat nəticəsində nənəsi Sahibə Allahverdiyeva ilə birlikdə öldürülən 2 yaşlı Zəhra Quliyevadır.

Translate »