Oktyabr 21, 2021

Ermənilərin Qarabağdan çıxışına qadağa qoyulub

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın “prezidenti” kimi təqdim edən Araik Arutyunyan orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran “fərman” imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Arutyunyan bu barədə öz feysbuk hesabında məlumat verib. O qeyd edib ki, yeni hərbi mükəlləfiyyəti olan şəxslərin Dağlıq Qarabağ ərazisini tərk etməsi qadağan olunacaq. Bildirilib ki, həmin şəxslər yalnız qondarma hərbi hissə tərəfindən verilən “xüsusi icazə sənədi” əsasında ərazini tərk edə bilərlər. 

Translate »