Oktyabr 28, 2021

Ermənilərin raket hücumuna məruz qalan məktəblərdə ilk zəng çalınıb

Vətən müharibəsində ermənilərin raket hücumuna məruz qalan Tərtər rayonunun Düyərli kənd tam orta məktəbində ilk zəng çalınıb.

Turaz.org-un “Report”-a istinadən məlumata görə, Düyərli kənd tam orta məktəbinin 78 şagird kontingenti var.

Onlardan 30-u ibtidai sinif şagirdləridir. Bu gün şagirdlər məktəbə gəlməyin sevincini yaşayır.

Tədris ilinin ilk dərsi “Qarabağ Azərbaycandır!” mövzusu olub.

Qeyd edək ki, Vətən müharibəsində ermənilər tərəfindən Tərtər rayonunun Düyərli kənd tam orta məktəbinə ümumilikdə 4 raket zərbəsi endirilib. Partlayışlar nəticəsində məktəb tamamilə yararsız hala düşmüşdü. Daha sonra məktəb əsaslı təmir edilib.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/bu-qurumlar-derslerin-dayandirilmasi-ve-berpasina-qerar-verecek/

Translate »