Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Turaz.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/ilham-eliyev-ve-receb-tayyib-erdogan-zengilan-beynelxalq-hava-limaninin-acilisini-edib/
Son Xəbərlər
Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb
Şimali Kipr Prezidentinə hücum cəhdi olub
Adanada 4,5 maqnitudalı zəlzələ olub