Oktyabr 4, 2022

Ermənistan Baş Qərargahı ikinci bəyanatı yaydı

Ermənistan Baş Qərargahı Nikol Paşinyanı istefaya çağıran bəyanatının ardınca bu gün ikinci bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, ikinci açıqlamada bu gün səhər saatlarında yayılan ilk bəyanatın heç kəsə qarşı olmadığı, kimlərinsə təzyiqi ilə verilmədiyi bildirilib.

“Bu, general və zabitlərin dəqiq mövqeyidir, məqsəd isə birdir – hazırkı kritik anda Vətənin xilasına xidmət etmək. Bir daha öz dəqiq mövqeyimizi təsdiqləyiri”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Nikol Paşinyan “İsgəndər” sistemi ilə bağlı açıqlamasını “qeyri-ciddi” sayan Baş Qərargah rəisinin müavini Xaçatryanı ötən gün vəzifədən azad etməsi əks-reaksiya doğurub. Baş Qərargah rəisi və 40 yaxın yüksək çinli zabit bu gün bəyanat yayaraq, Nikol Paşinyanın istefasını tələb edib.

Nikol Paşinyan isə bunu hərbi qiyam cəhdi kimi qiymətləndirərək, Baş Qərargah rəisi və müavinlərinin vəzifədən azad edilməsi üçün qərarı prezidentə göndərib, ardınca isə 16:00-a Respublika meydanına mitinq təyin edərək, xalqı hakimiyyəti müdafiə etməyə çağırıb. Artıq Paşinyanın tərəfdarları ilə birgə yürüşü başlayıb.

Müxalifət isə Baş Qərargaha dəstək verib və 15:00-a Azadlıq meydanında mitinqə başlayıb.

Translate »