Yanvar 26, 2022

Ermənistan Dövlət Nəzarəti Xidmətinin başçısı işdən çıxarılıb

Ermənistan Dövlət Nəzarəti Xidmətinin başçısı Tiqran Ulixanyan vəzifəsindən azad edilib.

Turaz.org “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan uyğun sərəncam imzalayıb.

Bildirilib ki, T.Ulixanyan 2021-ci il yanvarın 15-də bu vəzifəyə təyin edilmişdi.

Müxbir: Əzizə Əlizadə

Translate »