Sentyabr 25, 2022

Ermənistan Laçın dəhlizinə alternativ yolun tikintisinə başladı

Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb.

Turaz.org xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, yolun uzunluğu 11,8 kilometr olacaq. Hazırda tikinti işləri davam etdirilir. Avqustun 25-dən sonra Ermənistanın Qarabağla əlaqəsi yalnız torpaq yol ilə təmin ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ötən gün yaydığı məlumatda qeyd olunub ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb. Laçın dəhlizinə alternativ yolun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 kilometrdir. Ermənistan isə yolun tikintisini gələn ayın yazında bitirəcək.

Translate »