Ermənistan Müdafiə Nazirliyinin 4 əməkdaşı həbs olunub.
Turaz.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Həbs olunanların adları və nazirlikdəki vəzifələri açıqlanmayıb. Onlar rüşvət almaqda şübhəli bilinirlər.
Məlumata görə, Müdafiə Nazirliyinin işçiləri ümumilikdə 3500 ABŞ dolları rüşvət qarşılığında hərbçiləri müxtəlif vəzifələrə təyin ediblər.
Faktla bağlı araşdırma davam edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”