Oktyabr 3, 2022

Ermənistan sərhədin Qazax istiqamətində təxribat törədib, atəşkəs pozulub

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mənin təxribatları davam edir.

Bu barədə Turaz.org Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən məlumat verir.

Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Er­mə­nistan silahlı qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: https://turaz.org/veten-muharibesi-peru-televiziyasinda/

Translate »