Oktyabr 4, 2022

Ermənistan SQ-nin genişmiqyaslı təxribatı nəticəsində 282 hərbi qulluqçumuz yaralanmışdır

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində 282 hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.

Bu barədə Turaz.org yerli KİV-ə istinadən məlumat verir.

Məlumata görə,12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtmış, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

 

Müxbir: Əzizə Əlizadə

Translate »