Ermənistanda partlayış olub.
Bu barədə Turaz.org yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.
Qeyd edilir ki, partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların dəqiq sayı açıqlanmır. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
İkinci Qazaxıstan xilasetmə qrupu Türkiyəyə çatıb
Özbəkistanın dövlət borcu 6 il ərzində təxminən 4 dəfə artıb
Azərbaycan Türkiyədə zərərçəkənlər üçün 2 min çarpayı ayırdı