Noyabr 28, 2021

Ermənistanın müdafiə nazirinin müavini hərbçilərin çadırlarda qalmayacağını vəd verib

 

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyan parlamentdə jurnalistlərin ölkənin sərhədlərində baş verənlər barədə sualı cavablandırmaqdan imtina edib.

Bu barədə Turaz.org Ermənistan mətbuatına istinadən xəbər verir.

O, bu suala cavab verə bilməyəcəyini, həmin məsələnin səlahiyyətindən kənar olduğunu qeyd edib.

“Biz Müdafiə Nazirliyində maliyyə idarəçiliyinin effektiv olmasını təmin etməyə çalışırıq”, – nazir müavini bildirib.

Karen Brutyan Müdafiə Nazirliyinin infrastrukturunda problemlərin həll ediləcəyini vəd verib: “Bir nəfər də olsun, hərbçi çadırlarda qalmayacaq, hər kəsə lazımi şərait yaradılacaq. Biz intensiv işləyirik”.

Müxbir: Əzizə Əlizadə

Translate »