Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozub. Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədlərinin, Kəlbəcər və Laçın rayonları istiqamətində böyük miqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətdə Azərbaycan ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirib. Bunların qarşısının alınması məqsədi ilə bölmələrimiz tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Ermənistanın bu hərəkəti digər dövlətlər tərəfindən pis qarşılanıb. Bəs qardaş Türkiyə bu haqqda nə düşünür? Bu məqsədlə Turaz.org saytı olaraq türkiyəli ekspert İmbat Muğlu ilə əlaqə saxladıq.
Ekspertin fikrincə, belə hərəkətlər təəccüblə qarşılanmamalıdır:
“1915-1919-cu illər arasında erməni quldur dəstələri Şərqi Anadolunun bir çox şəhərində qırğınlar törədiblər. Eyni quldur dəstələri qadın, qoca, uşaq olmasından asılı olmayaraq, Qarabağda minlərlə günahsız insanı qətlə yetirib. Bu gün həmin quldur dəstələrinin qalıqları Azərbaycan Ordusuna hücum edir. Ermənistan administrasiyasının göstərişlərinə qulaq asmayan bu dəstə üzvləri Ermənistan ordusunda çox yer alırlar. Eləcə də siyasətdə güclüdürlər. Bu son hücum Ermənistanın Baş naziri Nikol Paşinyanın və onun administrasiyasının nəzarətində idi. Ermənistan xalqı bir daha Azərbaycanla üz-üzə gəlmək istəmir. Amma belə quldurlar bununla bəsləndiyi üçün hər dönəm bunun kimi münaqişələr hələ də baş verəcək”.
Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası- Yunis Əhmədov
Son Xəbərlər
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Qarabağ Azərbaycan ərazisidir – Paşinyan
Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir