Biz rəqibimizi yaxşı analiz etdik və məqsədimizə çatdıq. Qalib gələrək mərhələ adladıq.
AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniyanın Tetva şəhərinin “Şkendiya” komandasının baş məşqçisi Ernest Coka “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisinin hücum xəttini düzgün analiz ediblər: “Məhz bu məqam qələbədə əsas rol oynadı. Rəqibimiz yaxşı komandadır, yaxşı heyəti var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Çatışmayan məqam Avropa Liqası təcrübəsidir”.
Müxbir:turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Ernest_Coka_Sumqayitin_chatismayan_ceheti_avrokubok_tecrubesi_oldu-1571367
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ