Oktyabr 23, 2021

Ərsak adı ermənicə təhrif olunmuş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edilib

Ərsak adı ermənicə təhrif olunmuş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edilib

XVIII əsrin əvvəllərindən başlayaraq Avropada anti-türk təbliğatının genişlənməsinə xidmət edən və katolikliyi qəbul etmiş erməni mxitarist cərəyanının üzvləri tarixi mənbələri təhrif edərək Venesiyada nəşr etməyə başladılar.
Turaz.org https://turaz.org/ xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Arsak” toponiminin mənşəyi ilə bağlı təşkil etdiyi vebinarda AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.
O bildirib ki, həmin dövrdən başlayaraq M.Horenli, L.Parplı, Yegişe, Koryun və digər müəlliflərin əsərləri mxitaristlər tərəfindən təhrif edilərək “Hayos patmutyun” (“Hay tarixi”) adı ilə nəşr olundu və Avropa dövlətlərində “Armeniya tarixi” adı ilə təbliğ edilməyə başlanıldı. Ciddi saxtakarlıqlara məruz qalmış bu cür nəşrlərdə Oğuz, Qıpçaq və Alban türk boylarının gerçək tarixi ört-basdır edildi. Ərsak bölgəsinin adı da bu cür nəşrlər vasitəsilə ermənicə təhrif olunmuş “Artsax” formasında sonradan elmi dövriyyəyə daxil edildi.


Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://kafkazh.com/albatros-hekayesi/

Həmçin bax:https://turaz.org/ali-mektebe-qebul-olunanlarin-adlari-bu-gun-aciqlana-biler-qruplarda-veziyyet/

Translate »