Sentyabr 30, 2022

Ərzaq satışı obyektlərində monitorinqlər davam edir

Ərzaq satışı obyektlərində monitorinqlər davam edir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 8-12 fevral 2021-ci il tarixlərində AQTA əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 182 ərzaq satışı obyektində monitorinqlər həyata keçirilib. Monitorinq keçirilən 154 ərzaq satışı müəssisəsində ümumilikdə 277 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Müxbir: Turaz.org xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/erdogan-26-olkeye-yeni-sefir-teyin-edib/

Həmçinin bax:https://turaz.org/qarsdan-dunyaya-hansi-mesaj-verildi/

Translate »