Qardaş ölkə Qazaxıstanın Baş naziri Əsgər Mamin belaruslu həmkarı Qalenko ilə görüşüb.
Turaz.org xəbər verir ki, görüşdə ticarət və iqtisadi, kapital, nəqliyyat və logistika, kənd təsərrüfatı, əczaçılıq və səhiyyə sahələrində ikitərəfli əməkdaşlığı daha da gücləndirilməsi perspektivləri diqqət mərkəzinə çəkilib.
MDB, Aİİ və digər inteqrasiya qrupları çərçivəsində mövcud əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Qazaxıstan və Belarusiya arasındakı ticarət dövriyyəsi 2021-ci ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən 12% artaraq 175,6 milyon dollara çatıb.
Qazaxıstanda istehsal lokallaşdırılması% 40 olan ağır sənaye və kənd təsərrüfatı maşınları istehsal edən səkkiz Qazaxıstan-Belarus müəssisəsi var.
Tərcüməçi: Yusubova Nigar
Həmçinin bax: turaz.org/eli-esedov-ulubey-marifov-gorus-kecirecek/
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli