Bu gün Azərbaycanda Aşura mərasimi keçiriləcək.
Turaz.org xəbər verir ki, Hicri təqvimi ilə bu gün Məhərrəm ayının 10-cu günü, yəni Aşura günüdür.
Miladi təqvimlə 680(1)- ci ildə İslam Peyğəmbərinin nəvəsi Hz. Hüseyn dönəminin haqsızlıqlarına, İslam dininin əldən getməsinə etiraz olaraq qardaşları, övladları və az saylı tərəfdarları ilə Yezid hökümətinə qarşı mübarizə aparmaq üçün bu günkü İraqın Kərbəla ərazisinə doğru yola çıxır.
Miladi təqvimlə oktyabr ayının 10-nu, miladi təqvimlə məhərrəm ayının 10-cu günündə Həzrət və tərəfdarları qeyri- bərabər döyüşdə İslam dini, haqq və ədalət uğrunda şəhid olur.
Hz. İmam Hüseynin milliyəti, dini və irqi yoxudur. O, milliyətindən, irqindən və dinindən aslı olmayaraq bütün dünya insanlığı üçün eşqin, haqqın və ədalətin şəhididir. Hz. Hüseynin davası iqtidar davası yox, haqq və ədalət davasıdır.
Allah bizləri də haqq yolu gedən saleh bəndələrindən qərar versin!
Son Xəbərlər
Azərbaycan orduusnun Naxçıvandakı birləşmələrinə həyəcan siqnalı verilib
Azərbaycan və Özbəkistan arasında kino sahəsində əməkdaşlığa dair yol xəritəsi hazırlanacaq
Alim Qasımov ABŞ-da konsert verib