İyun 3, 2023

Estoniya Rusiya-NATO təsis aktına xitam verməyi təklif edir

Estoniya hakimiyyəti Rusiya-NATO təsis aktına əməl etməyi mənasız hesab edir və buna görə də onu ləğv etməyi təklif edir.

Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təsis aktı ləğv edilməlidir, çünki biz Rusiya ilə hər hansı əməkdaşlıqdan danışa bilmərik”, – Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.

O, həmçinin Rusiyanı beynəlxalq hüquq prinsiplərinə məhəl qoymamaqda ittiham edib.

Translate »