Misir Süveyş Kanalı İdarəsi, Süveyş kanalında Ever Given gəmisinin xilas edilməsindən və dəniz tıxacının açılmasından sonra kanalda gözləyən bütün gəmilərin keçidlərini tamamladığını açıqladı.
Keçidlər Martın 23-də Misirin Süveyş kanalında batan və trafiki altı gün dayandıran Panama bayraqlı “Ever Given” konteyner gəmisindən sonra 29 martda bərpa edildi. Misir Süveyş Kanalı İdarəsi, sıxlıq dövründə kanalda gəmi tıxacının yığılmasının sona çatdığını açıqladı.
Turaz.org xəbər veri ki, Misir Süveyş Kanalı İdarəsi tərəfindən edilən açıqlamada, yük gəmisi qurtarıldıqdan və dəniz trafiki yenidən açıldıqdan sonra kanalda gözləyən bütün gəmilərin keçidlərini tamamladığı ifadə edildi.
Süveyş Kanalı Administrasiyasının prezidenti Osama Rabie, yük gəmisinin çay üzərindəki 6 günlük xilasetmə əməliyyatı zamanı, kanalın şimal və cənub tərəflərində cəmi 422 gəmi yığıldığını söylədi.
“Gündəlik zərər 9,6 milyard dollar oldu”
Dünya ticarətinin ən vacib tranzit nöqtələrindən biri olan Süveyş Kanalında ilişib qalan Ever Given-in gündəlik 9,6 milyard dollarlıq itkiyə səbəb olduğu təxmin edildi. Misirin dəniz trafiğinin dayandırılması səbəbindən gündə təxminən 10-15 milyon dollar itirdiyi ifadə edildi.
Tərcüməçi və müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/sabaha-gozlenilen-hava-proqnozu-aciqlanib
Həmçinin bax:kafkazh.com/abdulla-aripovun-seirleri
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ