Oktyabr 2, 2022

Əziz Voitov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edilib

Prezident avqust ayının 29-da bu barədə uyğun fərman imzalayıb.

Turaz.org xəbər verir ki, Əziz Voitov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edilib və bununla əlaqədar İnvestesiya və Xarici Ticarət Nazirinin birinci müavini vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2020 cil mart ayında təyin edilmişdir. Daha öncə Voitov “Sanoat qurilish bank” idarə heyətinin sədri vəzifəsində çalışıb.

Əziz Voitov 1980-ci ildə anadan olub. 2001-ci ildə Daşkənd Maliyyə İnstitutundan məzun olub və 2010-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının Ali Biznes Məktəbini bitirib. Uzun müddət Özbəkistan Milli bank sistemində müxtəlif vəzifələrdə işləyib.

Qeyd edilməlidir ki, iyul ayının ortalarında sabiq Kənd Təsərrüfatı Naziri Cəmşid Xocayev Baş nazirin İnvestisiyalar və Xarici İqtisadi Əlaqələr üzrə müavini – İnvestesiya və Xarici Ticarət Naziri olub.

Müxbir: Aytac Cəfərova
Tərcümə: Nigar Yusubova
Həmçinin bax: turaz.org/sentyabr-ayinda-biskekde-yapon-ayi-kecirilecek
Həmçinin bax: kafkazh.com/aile-deyerleri

Translate »