Oktyabr 20, 2021

Famil Xəlilov “Qəbələ” Futbol Akademiyasına baş məşqçi təyin olunub.

“Qəbələ” Futbol Akademiyasının komandaları yeni mövsümün hazırlığını start verib. Akademiya 2020/2021-ci il mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona

yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlığa başlayıb.Turaz.org AZƏRTACa istinadən xəbər verir ki, komandaların hazırlığına 20 nəfərlik heyət

rəhbərlik edir. Halim Fıçıcının klubdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub. O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar

Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan

Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlığında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edirlər.

Mənbə:Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-6-ci-nomresini-nesr-edib/

Həmçin bax:https://turaz.org/kataliz-ve-qeyri-uzvi-kimya-institutu-magistrantlarinin-attestasiyasi-distant-sekilde-aparilib/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Translate »