İyun 5, 2023

Fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb

Prezident İlham Əliyevin imzaladığı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Fərmanına əsasən, 2020-ci il aprelin 1-dən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişlərinin məbləği azaldılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin qanuna görə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı müxtəlif dərəcələrlə ödənilir. Belə ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə isə 25 faizi məcburi dövlət sosial sığorta haqları üzrə köçürülür.
Həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında güzəşt tətbiq edilir.

Müxbir:turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/vetenin-qururlu-ovladlari-5/

https://azertag.az/xeber/Azerbaycanin_ve_Rusiyanin_Bas_prokurorluqlari_arasinda_semereli_emekdasliq_davam_etdirilir-1570867

Translate »