Avqustun 31-də Bakıda boks gecəsi keçiriləcək. “Baku Fight Lab” Promouterin təşkilatçılığı ilə keçiriləcək yarışda azərbaycanlı boksçular arasında döyüşlər təşkil ediləcək. Bu boksçulardan bəziləri artıq peşəkar rinqdə çıxış edən idmançılar, bəziləri isə həvəskar boksda böyük nailiyyətlər qazanmış və peşəkar rinqdə debüt edən idmançılar olacaq. Əminəm ki, ilk boks gecəsi Bakıda yüksək səviyyədə təşkil olunacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti, boks üzrə ilk azərbaycanlı dünya çempionu, Əməkdar idman ustası Fərhad Acalov deyib.
O, qeyd edib ki, yarışın keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksu inkişaf etdirmək və bu sahədə ən güclü idmançıları aşkar etməkdir. F.Acalov yarışın pandemiya şərtlərinə uyğun, təhlükəsizlik qaydalarına və sosial məsafə prinsipinə tam əməl olunmaqla baş tutacağını qeyd edib.
Mənbə: azertag.az
Müxbir : TurAz.org xüsusi müzbiri Jalə Hüseynova
Həmçinin bax :
https://www.bbc.com/azeri/azerbaijan-53835705
https://kafkazh.com/2020-2021-ci-tedris-ilinde-pese-tehsili-uzre-qebul-120-ixtisas-uzre-aparilacaq/
Son Xəbərlər
“Baytaq” və “Respublika” partiyaları növbədənkənar seçkilərdə iştirak edəcək
Qırğızıstan-Çin sərhədində zəlzələ müşahidə olunub
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ