Oktyabr 3, 2022

Fevralın 20-dən intensiv yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

TurAz.org xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Müxbir: Əhmədli Lamiyə

Həmçinin bax: turaz.org/tehsil-nazirliyi-tehsilde-inkisaf-ve-innovasiyalar-uzre-novbeti-musabiqeni-elan-edir/

Həmçinin bax: tehsilim.org/fevralin-19-da-dovlet-qullugunda-inzibati-rehber-a-novu-ev-inzibati-icraci-b-novu-vezifelere-aid-olan-vezife-qruplari-uzre-test-imtahanlari-kecirilecek/

Translate »