Finlandiya və İsveç ayın sonuna qədər Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək.
Turaz.org TASS-a istinadən xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekka Haavisto Mikkeli şəhərində Yaşıl Birlik partiyasının yay toplantısında bildirib.
“Hazırda Xarici İşlər Nazirliyi üç ölkənin rəsmiləri arasında görüş hazırlayır. Madriddə keçiriləcək NATO Sammitində Finlandiya, İsveç və Türkiyənin razılaşdırdığı Anlaşma Memorandumunun bəndlərinə baxılacağı gözlənilir”, – nazir qeyd edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib