Oktyabr 21, 2021

Flavio Briatore koronavirusa yoluxub!!

Koronavirus pandemiyası başa çatmayana qədər bəşəriyyət narahat bir həyat yaşamağa davam edəcək. Bəşəri bəla adi insanlar kimi məşhurların da həyatını təhlükə altına atır.

Təəssüf ki, idman dünyasında hələ də belə üzücü xəbərləri eşitməkdə davam edirik. “Benneton”

və “Reno”nun sabiq rəhbəri Flavio Briatore də koronavirusa yoluxub. “Corriere dello Sport”un məlumatına görə

70 yaşlı sabiq funksioner ağır vəziyyətdə Milandakı San-Raffaele hospitalına yerləşdirilib. O, hazırda intensiv terapiya şöbəsində müalicə alır.

Qeyd edək ki, əvvəlcə Briatorenin Sardiniyadakı sahib olduğu gecə klubunda virusa yoluxma halı aşkarlanıb. Belə ki, həmin klubda 70 nəfərin koronavirusa yoluxduğu,

onlardan 52-nin otel əməkdaşı olduğu məlum olub. Porto Çervodakı bu klub 1998-ci ildə açılıb. Həmin yer Zlatan İbrahimoviç və Sinişa Mihayloviçin sevdiyi məkanlardan biri kimi tanınır.

Maraqlıdır ki, Briatore hələ qış aylarında koronavirusa yoluxduğunu etiraf etmişdi.O vaxt mətbuata açıqlamasında Briatore müəmmalı

bir xəstəlik nəticəsində ağ ciyərlərində problem yaşadığını və bir müddət sonra sonra İtaliyada koronavirusun sürətlə yayıldığını söyləmişdi. Mənbə:idmantv.az

Müxbir: Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/bmt-abs-in-irana-qarsi-sanksiya-telebini-redd-edir/

https://turaz.org/malaziyanin-antitraf-agentliyi-evvelki-pakatan-harapan-govtu-altinda-101-layih-iddialarina-baxacaq/

Translate »