Sentyabr 30, 2022

Flik sevinir, Tuxel isə məyusdur

UEFA Çempionlar Liqasının finalından sonra baş məşqçilər jurnalistlər önünə çıxıblar. “Bavariya”ya rəhbərlik edən Hans Diter Flik qapıçı Manuel Noyeri tərifləyib. “Pari Sen-Jermen”in baş məşqçisi Tomas Tuxel isə həddən artıq məyus olduğunu söyləyib.
“Bavariya”nın UEFA Çempionlar Liqasının finalında “Pari Sen-Jermen”i minimal hesabla məğlub etməsindən sonra baş məşqçilər açıqlama veriblər. Münhen təmsilçisinə rəhbərlik edən Hans Diter Flik qələbədə qapıçı Manuel Noyerin böyük rolunun olduğunu deyərək, onun dünyanın ən yaxşı qapıçısı hesab etdiyini vurğulayıb: “Çətin mübarizədə qalib gəldik. Qapıçımız Manuel Noyerin çıxışı xüsusilə qeyd olunmalıdır. O, yenə də öz səviyyəsini nümayiş etdirərək bir çox epizodda vacib qurtarışlarla yadda qaldı. Noyer dünyanın ən yaxşı qolkiperidir desək, yanılmarıq. İstənilən baş məşqçi komandasında bu cür qapıçının oynamasını istəyər. Özümüzü tərifləyiriksə, rəqibi də yaddan çıxarmamalıyıq. Neymar kimi futbolçunun çıxış etdiyi əla kollektivə qalib gələrək çempion olduq. Onlara da əla mübarizəyə görə təşəkkür edirəm. Ümumiyyətlə gözəl ab-hava üçün hamıya minnətdaram”.
“Pari Sen-Jermen”in baş məşqçisi Tomas Tuxel isə bu cür mübarizə apararaq məğlub olduqlarına görə məyusluğunu ifadə edib: “Futbolçularla qürur duyduğumu söyləməliyəm. Finalda oynamağa tam layiq olan 2 komanda üz-üzə gəldi. Gözlənildiyi kimi yüksək tempdə keçən görüşdə qol imkanları yaratdıq, nə lazımdırsa, etdik. Amma təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. “Kuboku biz qazanmalıydıq” cümləsi çox gur səslənərdi. Lakin qalib gəlsəydik, oyunumuza irad tutmağa heç kimin haqqı çatmazdı. Məğlubiyyətlə barışıb gələcəyə baxmaqdan başqa çıxış yolumuz yoxdur”.

Müxbir: turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:idmantv.az
Həmçinin bax:https://kafkazh.com/olcu-vahidleri-ve-onlar-uzerinde-emeller/

https://www.bbc.com/azeri/region-53860329

Translate »