Oktyabr 3, 2022

Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərib

 

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib.

Turaz.org xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviterdə yazıb.

“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, – diplomat qeyd edib.

Müxbir: Əzizə Əlizadə

Translate »