Fransa, keçən həftə Qərbi Afrika ölkəsində baş verən çevriliş səbəbi ilə Mali ilə ortaq hərbi əməliyyatları dayandırır.
Turaz.org xəbər verir ki, Malidə mülki hakimiyyətə qayıdacağına dair zəmanət alana qədər dayandırmanın davam edəcəyini söyləyib.
Fransız qüvvələri Sahel bölgəsindəki silahlılarla mübarizə aparmaq üçün Mali, Çad, Mavritaniya, Niger və Burkina Fasodan gələn birliklərə dəstək verir.
Mayın 25-də Malinin hərbi qüvvəsi, polkovnik Assimi Qoita, ölkənin mülki Prezidentini və Baş nazirini vəzifəsindən kənarlaşdırdı.
Cümə axşamı günü Fransa silahlı qüvvələr nazirliyi, həm Ecowas’ın həm də AU’nun “Malidəki siyasi keçid üçün bir çərçivə” qurduqlarını söylədi.
Əlavə etdi: “Fransa bu zəmanətləri gözləyərkən, müvəqqəti bir tədbir olaraq Mali qüvvələri ilə ortaq hərbi əməliyyatları dayandırmağa qərar verdi.”
Fransız qoşunları orada müstəqil şəkildə fəaliyyət göstərməyə davam edəcəklər.
Çevriliş lideri Polkovnik Assimi Qoita, keçən cümə Konstitusiya Məhkəməsi tərəfindən keçici prezident seçildi – özünü müvəqqəti lider elan etməsindən iki gün sonra.
Prezident Bah Ndav və Baş nazir Muxtar Ouane’nin vəzifələrini yerinə yetirə bilmədikləri və ölkənin keçidini təxrib etmək istədikləri üçün vəzifələrindən kənarlaşdırılmasını müdafiə etdi.
Tərcümə edən :Abdinova Leylan
Son Xəbərlər
İrəvanın 2 yolu var: əgər sülh bağlamasa…
NATO Hitlerin siyasətini aparır – Lavrov
Türkiyədə müxalifət partiyası prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb