Fransanın Türkiyədəki səfiri XİN-ə çağırılıb, etiraz notası verilib
Fransanın Türkiyədəki səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi Ankaranın etiraz notası təqdim olunub.
Turaz.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, notada PKK terror qruplaşmasının Suriyadakı qolu YPG üzvlərinin Fransaya səfəri, Senatda görüşlər keçirməsi və medalla təltif olunmalarına etiraz bildirilib.
Səfirin diqqətinə çatdırılıb ki, belə addımlar qəbuledilməzdir.
Notada PKK/PYD/YPG-nin Türkiyə və suriyalılara qarşı hücumlar təşkil etdiyi, bölgədə separatçı fəaliyyətlə məşğul olduğu və sabitliyi pozduğu vurğulanıb.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib