Mart 21, 2023

Fuad Oktay: “Ərazidə indiyədək 790 təkrar yeraltı təkanlar olub”

Türkiyənin vitse-prezidenti Fuad Oktay son vəziyyətlə əlaqədar olaraq mətbuata açıqlama verib.

Turaz.org xəbər verir ki, Fuad Oktayın sözlərinə görə, ərazidə indiyə qədər 780 afterşok (təkrar yeraltı təkanlar) olub. Onlardan üçü 6 bal, 24-ü isə 5 və 6 bal arası gücündə olub.

Siyasətçi həmçinin Türkiyəyə yardım əli uzadan ölkələrin son sayının 66 olduğunu bildirib. Bu ölkələrdən gələn xilasedicilər Türkiyəyə yardım etmək üçün gəliblər və ya gələcəklər. Fuad Oktay onu da qeyd edib ki, həmin dövlətlərdən 4931 xilasedici artıq sahədə fəaliyyətdədir, 1756 nəfər isə gələcək.

Həmçinin o əlavə edib ki, hazırda zəlzələ olan ərazilərdə 103 min 800 xilasedici var.

Müxbir: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/turkiye-nazirleri-son-veziyyet-ile-bagli-melumat-veribler
Həmçinin bax: kafkazh.com/uygurlara-qarsi-soyqirimi-aktlari-sahidlerin-dilinden-i-hisse

Translate »