İyun 3, 2023

Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb

Avqustun 28-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, üç günü əhatə edəcək tura sentyabrın 11-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu ilə start veriləcək. Oyun saat 19:00-da başlayacaq. Həmin gün “ASK Arena”da baş tutacaq “Keşlə” – “Qarabağ” matçı isə saat 21:00-da start götürəcək.
Sentyabrın 12-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Zirə” matçı saat 19:00-da başlayacaq. Turun sonuncu oyunu sentyabrın 13-də “Sabah” və “Qəbələ” komandaları arasında baş tutacaq. “Bank Respublika Arena”da təşkil olunacaq görüşdə hakimin start fiti saat 19:00-da səslənəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Bir turdan sonra turnir cədvəlinə 3 xalla “Qarabağ”, “Keşlə” və “Neftçi” klubları başçılıq edir. Bir xalı olan “Qəbələ” və “Zirə” dördüncü və beşinci yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq, xalı olmayan “Səbail”, “Sabah” və “Sumqayıt” klubları qərarlaşıb.

Müxbir:turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://turaz.org/konulluler-kubokunun-qalibleri-belli-oldu/

https://azertag.az/xeber/Agirliqqaldirma_uzre_Avropa_chempionati_2021_ci_ile_texire_salinib-1571961

Translate »