Oktyabr 23, 2021

“Füzuli” Beynəlxalq hava limanında sınaq uçuşları başlayıb

Füzuli” Beynəlxalq hava limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

Bu barədə Turaz.org “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə istinadən xəbər verir.

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

 

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: tehsilim.org/babil-lovhesinde-tetbiqi-hendeseden-istifade-edilmenin-en-qedim-numunesi-tapilib/

Həmçinin bax: turaz.org/kabildeki-azerbaycan-sulhmeramlilari-her-sey-yaxsidir/

Translate »