Dekabr 8, 2021

Füzulidə ermənilərin atıb qaçdığı tank əleyhinə raket sistemi aşkarlanıb

İşğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Turaz.org xəbər verir ki,DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilən ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Müxbir: Əzizə Əlizadə 

Həmçinin bax: turaz.org/istehlak-qiymetleri-indeksi-oktyabr-ayinda-son-29-ilde-en-boyuk-artimla-5-5-e-yukselib/

Translate »