Füzuli rayonunda traktor minaya düşüb.
Bu barədə Turaz.org Report-a istinadən məlumat verir.
Məlumata əsasən, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Rusiya xaricə pul köçürmələrinə yeni hədd müəyyən edib
İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib
Azərbaycan XİN Norveçi Milli Gün münasibətilə təbrik edib